Страницы

Nəticə

             Biz  belə bir nəticəyə gəldik ki,sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.
 İnsanın sağlam həyat tərzinin əsas şərtləri şəxsi gigiyena qaydalarına əməl etməsidir. Hər kəs İdman etməlidir. İdman əhvalı yüksəldir - belə ki, idmandan sonra insan özünü əvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı, gərginliyi və yuxusuzluğu aradan qaldırır. Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq lazımdır. Fiziki iş uzun ömürlülüyün  açarıdır. İnsan öz sağlamlığının qayğısına qalmalı və başqalarının da sağlamlığını düşünməlidir. Orqanizmin immunitetini artırmaq üçün meyvə və tərəvəzlərin tərkibindəki vitaminlər haqqında məlumatı öyrənməlidir. Onların  yeyilmə qaydlarını bilməlidir. Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq lazımdır. Meyvə və tərəvəzi süfrənizdən əskik etməyin. Yeməyinizə nəzarət edin..
Sağlam olmaq üçün gündəlik nə edəcəyini bilir. Sağlamlığı üçün mənfi və müsbət amilləri anlayır. Çalışır ki, zərərli vərdişlərdən uzaq olsun. Mövsümə uyğun geyimlər seçir və onlardan  istifadə edir. Tərtib etdiyimiz “ Gün rejimi”-nə bir şagird kimi  əməl etməliyik. Hamı bu rejimə əməl etsə sağlamlığını qorumuş olar. 

1. Yuxudan oyanıram
2. İdman edirəm
3 .Əl-üzümü yuyuram, dişlərimi fırçalayıram
4. Səhər yeməyini yeyirəm
5. Məktəbə yollanıram
6. Paltarımı dəyişirəm
7. Nahar edirəm
8. İstirahət edirəm
9. Ev  tapşırıqlarını yerinə yetirirəm
10. Dostlarımla oynayıram
11. Axşam yeməyini yeyirəm
12. Televiziya verlişlərinə baxıram
13. Yuyunuram
14. Yatıram












Комментариев нет:

Отправить комментарий